Şənbə, 20 Oktyabr 2012 09:38

Sionistlər fələstinlilərin zeytun bağlarını dağıdırlar

Sionistlər fələstinlilərin zeytun bağlarını dağıdırlar

BMT-nin işğal olunmuş Fələstin ərazilərindəki koordinasiya şöbəsi cari ildə sionistlər tərəfindən İordan Çayının qərb sahilində 7 min 500 ədəddən çox zeytun ağacının kəsildiyini bildirib.

 

Əl-Aləm telekanalının məlumatına görə, İordan Çayının qərb sahilində fələstinlilərin əkin sahələrinin 48 faizini zeytun ağacı təşkil edir.

Bu məlumata görə, sionistlər minlərlə fələstinlinin əleyhinə müxtəlif məhdudiyyətlər qoymaqla o cümlədən fələstinli fermerlərin öz əkin sahələrinə daxil olmalarına maneəçilik törətməklə onları çətinliyə salırlar.

Cari ilin ilk günlərindən bəri sionistlərin bu qeyri insanı hücumları haqda sionist məhkəmələrinə qarşı 162 şikayət daxil olsa da , şikayətlərin təkcə biri diqqət mərkəzində olub.

İordan Çayının qərb sahilindən savayı Qüds-Şərifdə isə zeytun bağları dağıdılır. Bu da , fələstinliləri təzyiqə məruz etmək hədəfi ilə həyata keçirilir ki, axırda fələstinlilər köçməyə məcbur olsunlar.

Şərh yaz


Məxfi kod
Yenilə