Şənbə, 20 Oktyabr 2012 09:31

İsrail rejimi Qüdsün işğalını genişləndirir

İsrail rejimi Qüdsün işğalını genişləndirir

Qeyd edək ki, Şərqi Qüdsdə yerləşən Qilo vilayəti İsrail rejimi tərəfindən 1967-ci ildə işğal edilmiş İordan çayının qərb sahilinə daxildir

İsrail rejimi Fələstinin Şərqi Qüds torpaqlarının cənub hissəsində yeni qanunsuz yaşayış yerləri inşa etmək niyyətindədir, - “Lenta” xəbər verir.

Ötən gün qondarma İsrail rejimi parlamenti tərəfindən qəbul edilmiş layihə Qilo vilayətində daha 797 qanunsuz sionist yaşayış yerinin inşasını nəzərdə tutur.

Yaxın vaxtlarda həmin qanunsuz yaşayış yerlərini inşa edəcək şirkətin seçilməsi üçün tenderin də elan ediləcəyi bildirilir.

Qeyd edək ki, Şərqi Qüdsdə yerləşən Qilo vilayəti İsrail rejimi tərəfindən 1967-ci ildə işğal edilmiş İordan çayının qərb sahilinə daxildir.(deyerler)

Şərh yaz


Məxfi kod
Yenilə