Şənbə, 06 Oktyabr 2012 09:37

İsrail rejimi cari ildə 700 fələstinli uşağı əsir alıb

İsrail rejimi cari ildə 700 fələstinli uşağı əsir alıb

Sionist rejim hərbçiləri cari ildə 700 fələstinli uşağı əsir alaraq, məhbəslərə göndəriblər.
Qüds Xəbər Agentliyinin məlumatına görə, fələstinli insan haqları müdafiəçisi Yusif əl-Əmuri Ramallahda keçirdiyi mətbuat konfransında deyib: İsrail hərbçiləri 2012-ci ilin  yanvarından indiyə kimi Qəzzə Zolağı və İordan Çayının Qərb Sahilinə qarşı müxtəlif hücumlar zamanı 700-dən çox fələstinli uşağı əsir alaraq, məhbəslərə göndəriblər.
Yusif əl-Əmuri əlavə edib: Fələstinli uşaqların sionist rejim hərbçiləri tərəfindən əsir alınması yeni bir hadisə deyil və 1967-ci ildən bəri Qəzzə Zolağı və İordan Çayının Qərb Sahilinə qarşı işğalçılıq siyasəti ilə paralel şəkildə bu günə qədər davam etməkdədir.
İnsan haqları müdafiəçisi olan əl-Əmuri daha sonra bildirib: İsrail məhbəslərində bu uşaqlar müxtəlif növlü işgəncələrə habelə, fiziki və ruhi təzyiqlərə məruz qalırlar.
Ümumdünya Uşaqları Himayə Hərəkatının üzvü Xalid Qərmaz da bu haqda deyib: Uşaqların məktəblərə qayıtmaq istəməməsi, ailə və cəmiyyətdən təcrid olmaları, onların dünya görüşü və savadının aşağı olması uşaqların sionist rejim hərbçiləri tərəfindən həbs edilmələrinin xoşagəlməz nəticələrindəndir.
Fələstinli əsirlərlə bağlı araşdırmalar aparan fələstinli tədqiqatçı Əbdülnasir Fərvanə isə deyir: İsrail hərbçiləri 1967-ci ildən indiyə kimi 266300 fələstinlini həbs ediblər.
Sionist rejim hərbçiləri davamlı olaraq müxtəlif bəhanələrlə Fələstin ərazilərinə hücum edir və fələstinliləri əsir alaraq, zindanlara salırlar.
Hazırda sionist rejim zindanlarında 5 mindən çox fələstinli əsir var ki, dözülməz şəraitdə saxlanılırlar.(sahartv)

Şərh yaz


Məxfi kod
Yenilə