Cümə, 22 Mart 2019 11:30

Sionist qüvvələrin Qəzzə zolağına qarşı hava hücumunda yeddi fələstinli yaralanıb

Sionist qüvvələrin Qəzzə zolağına qarşı hava hücumunda yeddi fələstinli yaralanıb

Sionist rejimin dünən gecə Qəzzə zolağına qarşı hava hücumunda yeddi fələstinli yaralanıb.

Bu hücum Qəzzə zolağının cənubunda yerləşən Rəfəh vilayətinin şərqində baş verib.

Belə bir halda, sionist rejim ordusu bir bəyanatda bu hücumları təsdiqləyərək, iddia edib ki, Həmas hərəkatının Qəzzə zolağının cənubunda yerləşən bir neçə bazasını hədəfə alıbdır.

Sionist rejim qırıcıları ötən bazar günü də dəfələrlə Qəzzə zolağına hücum edərək, bu zolağın bəzi nöqtələrini bombardman etmişdilər.

Sionistlərin Qəzzə zolağına qarşı hücumları son günlər şiddətlənibdir. Bir çox analitiklər bunu,  sionist qəsəbə sakinlərinin səslərini əldə etmək istiqatməində Benyamin Netanyahu tərəfindən atılan addım kimi təbir edirlər.

Sionist rejim parlamenti- knessetə seçkilər, həmçinin bu rejimin baş nazir seçkiləri aprelin doqquzunda keçiriləcəkdir.

Şərh yaz


Məxfi kod
Yenilə