Bazar ertəsi, 11 Fevral 2019 12:07

Sionist hərbçilər fələstinli aksiyaçılara atəş açıblar

Sionist hərbçilər fələstinli aksiyaçılara atəş açıblar

Sionist rejim hərbçiləri Qəzzə zolağının şimalında fələstinli aksiyaçılara tərəf atəş açıblar.

Dünən axşam baş vermiş bu hadisədə bir qrup fələstinli bədən xəsarəti alıb və ya boğulma halına düşübdür.

Sionist hərbçilər fələstinli aksiyaçılara divan tutarkən onlara qarşı hərbi güllələrdən əlavə, zəhərli və gözyaşardıcı qazlara malik gülələrdən də istifadə ediblər.

Dinc mahiyyətli Qayıdış haqqı yürüşləri 2018-ci il martın 30-dan "torpaq günü" münasibətilə başlayaraq, Qəzzə zolağında keçirilməkdədir. 

30 martdan bu günədək bu aksiyalarda 260-dan çox fələstinli sionist hərbçilərin gülləsinə tuş gələrək, şəhid olub və 27 min fələstinli də yaralanıbdır.

Fələstinlilərin torpaq günündəki yürüşü sionist rejimin 1976-cı il 30 martda fələstinlilərin torpaqlarını müsadirə etməsinin ildönümü münasibəti ilə keçirilir. 

Şərh yaz


Məxfi kod
Yenilə