Cümə axşamı, 20 Sentyabr 2012 10:03

"Mossad"ın keçmiş şefindən sensasion açıqlama

"Mossad"ın keçmiş şefindən sensasion açıqlama

İsrail Xarici Kəşfiyyat İdarəsinin keçmiş başçısı Meir Daqan yenidən İranın nüvə obyektlərinə hücumu məsələsinə toxunub və öz ölkəsinin baş nazirini “ağılsızlıq”da günahlandırıb.
CBS-in müxbirlərinə müsahibəsində M. Daqan bildirib ki, İsrailin İrana zərbə endirmək cəhdi Yaxın Şərqdə irimiqyaslı müharibənin başlanmasına gətirib çıxaracaq.
“60 dəqiqə” proqramında çıxış edən “Mossad”ın sabiq rəhbəri qeyd edib ki, bu cəhd bütün ölkə ərazisində fövqəladə vəziyyətin yaranmasına səbəb olacaq. Bu da uzun müddət ərzində ölkə vətəndaşlarının gündəlik yaşam tərzində kardinal dəyişikliklərə gətirib çıxaracaq.
Verilişdə istifadə etdiyi cümlə və sözlərdən çəkinməyən Daqan İsrailin baş naziri Benyamin Netanyahunun hərəkətlərinə də qiymət verib. Onun sözlərinə görə, İsrailin hökumət başçısı insan ağılsızlığının yeni standartlarını göstərir: “İrana hücum mənim eşitdiyim və onun həyatda etdiyi ən böyük ağılsızlıq olacaq”.
Daqanın fikrincə, rəsmi Tehran öz addımlarının hansı nəticələr verəcəyinin fərqindədir: “Ayətullahların siyasəti Qərbin siyasətindən xeyli fərqlənir. Bununla belə, bu siyasət onların hərəkətlərinin üzərində qurulub. Son həddə qədər getmək olmaz. Təbii ki, əgər məqsədə çatmaq üçün digər vasitələrdən istifadə edilməyib”.
“Mossad”ın keçmiş rəhbəri qeyd edib ki, İranın nüvə silahına sahiblənməsi ona gətirib çıxaracaq ki, regionda vəziyyət daha da sabitləşəcək.

Şərh yaz


Məxfi kod
Yenilə