Bazar, 13 Yanvar 2019 16:08

Sionist məsul şəxs "Xan Yunus" əməliyyatının yanlışlığını etiraf etdi

Sionist məsul şəxs "Xan Yunus" əməliyyatının yanlışlığını etiraf etdi

Sionist rejim ordusunun baş qərargah rəisi Qadi Eyzenkot bu rejimin xüsusi təyinatlı qüvvələrinin 2018-ci ilin noyabrında Qəzzənin cənubunda yerləşən "Xan Yunus" məntəqəsinə qarşı əməliyyatının yanlış olduğunu etiraf edib.

Qadi Eyzenkot sionist rejimin onuncu telekanalı ilə müsahibədə bu rejimin "Xan Yunus" əməliyyatının ifşa olunmasına və uğursuz qalmasına toxunaraq, etiraf edib ki, "Xan Yunus" əməliyyatının ifşa olunması və müqavimət qüvvələrinin işğalçılara raket cavabı ilə fələstinlilərlə sionist hərbçilər arasında toqquşmalar baş verdi. Nəticədə bir qrup sionist hərbçi öldü və ya yaralandı.

Bir qrup sionist hərbçi 2018-ci ilin noyabrında "Xan Yunus"un şərqindəki bir məntəqəyə hücum və Həmas-ın hərbi qolu olan Şəhid İzzəddin əl-Qəssam batalyonlarının komandanlarından birini şəhid etdi.

Sionistlərin bu basqınından sonra Fələstin İslami Müqavimət Hərəkatı işğal olunmuş əraziləri raket atəşlərinə tutdu ki, Təl-Əviv ordusunun təslim olaraq atəşkəsi qəbul etməsilə sionist rejimin koalisiya dövləti dağıldı və bu rejimin baş naziri Benyamin Netanyahunun nazirlər kabineti buraxıldı.

Şərh yaz


Məxfi kod
Yenilə