Çərşənbə axşamı, 18 Sentyabr 2012 11:00

Fələstinli gənclər sionistlərin hərbi bazasında Fələstin bayrağını sanmcağa müvəffəq olublar

Fələstinli gənclər sionistlərin hərbi bazasında Fələstin bayrağını sanmcağa müvəffəq olublar

Fələstinli gənclər İordan Çayının Qərb Sahilində yerləşən Beyt-Ləhm şəhərinin yaxınlığında sionist rejim ordusunun bir hərbi bazasında Fələstin bayrağını sancmağa müvəffəq olublar.

Fars Xəbər Agentliyinin Ramallahdan verdiyi məlumata görə onlarla fələstinli gənc sionist qəsəbə sakinlərinin fələstinlilərə qarşı təcavüzlərini pisləyən bir etiraz aksiyasında bu addımı atıb.

Əllərində Fələstin bayrağını tutan aksiyaçılar həmçinin sionist qəsəbə sakinlərinin Əl-Xəlilin cənubunda yerləşən Dura qəsəbəsi yaxınlığındakı məscidlərdən birinə qarşı son təcavüzünü pisləyiblər.

Sionist qəsəbə sakinləri son zamanlar bu məscidə basqın edərək, onun divarları üzərində fələstinlilər əleyhinə irqçi şüarlar yazıblar.

Şərh yaz


Məxfi kod
Yenilə