Bazar, 06 Yanvar 2019 10:18

Qəzzənin cənubunda partlayış

Qəzzənin cənubunda partlayış

Fələstinli mənbələr dünən gecə Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərindəki bir yaşayış binasında partlayışın baş verməsindən xəbər veriblər.

Bu partlayışda azı dörd fələstinli yaralanıb.

Fələstin müqavimət komitələrinin sözçüsü Əbu Mucahid deyib: Bu partlayış Fələstin müqavimət komitələrinin "Nasir Səlahəddin" batalyonlarının komandanlarından birinin mənzilində baş veribdir.

Hələ partlayışın səbəbi bəlli deyildir.

Qəzzə zolağı 2006-cı ildən sionist rejim tərəfindən qurudan, havadan və dənizdən mühasirə edilibdir. 

Sionist rejim indiyədək fələstinli müqavimət qruplarının rəhbərlərindən bir çoxunu terror edibdir.

Şərh yaz


Məxfi kod
Yenilə