Şənbə, 05 Yanvar 2019 10:04

41-ci "Qayıdış haqqı" yürüşlərində 20 fələstinli yaralanıb

41-ci "Qayıdış haqqı" yürüşlərində 20 fələstinli yaralanıb

Fələstinin Səhiyyə Nazirliyi dünən Qəzzə zolağında keçirilən 41-ci "Qayıdış haqqı" yürüşlərində 20 fələstinlinin yaralanmasından xəbər verib.

Əl-Aləm xəbər verir ki, dünənki "Qayıdış haqqı" yürüşləri " əlaqələrin adiləşdirilməsinə qarşı müqavimət" adı altında keçirilib. 

Sionist rejim hərbçiləri fələstinli aksiyaçılara qarşı repressiya əməliyyatında hərbi mərmilər, gözyaşardıcı və zəhərli qazdan istifadə ediblər.

Fələstinli qaynaqlar bildiriblər ki, zəhərli qazlara görə onlarla fələstinli boğulma vəziyyətinə düçar olublar. 

 

Fələstinlilərin "Qayıdış Haqqı" yürüşü 30 mart 2018-ci il tarixindən başlayıb. Bu yürüşdə məqsəd Qəzzənin mühasirəsini yarmaq və fələstinli qaçqınların öz evlərinə qayıtmaq haqqına təkiddir. İndiyə kimi Qayıdış Haqqı yürüşündə 253 nəfər şəhid olub, minlərlə fələstinli isə yaralanıb.

Bir çox ölkələr o sıradan İran İslam Respublikası eləcə də beynəlxalq təşkilatlar sionistlərin bu cinayətlərini pisləyiblər. 

Fələstinlilərin "Qayıdış haqqı" yürüşləri 30 mart 1976-cı il fələstinlilərin torpaqlarının sionistlər tərəfindən müsadirə edilməsi qərarının ildönümü günündən start götürüb. 

Sionist İsrail rejimi fələstinlilərin torpaqlarını müsadirə etmək, həmin ərazilərdə sionist sakinli qəsəbələr işa etməklə bu əraziləri sionistləşdirmək istəyir və beləliklə Fələstin torpaqlarına istilasını təsbit etməyi planlaşdırır.

Şərh yaz


Məxfi kod
Yenilə