Cümə axşamı, 03 Yanvar 2019 10:38

Sionistlər tərəfindən 312 fələstinli şəhid edilib

Sionistlər tərəfindən 312 fələstinli şəhid edilib

Sionist rejimin 2018-ci ildəki cinayətlərini qeydə alan bir fələstinli orqan bildirib ki, sionist hərbçilər ötən il 312 fələstinlini şəhid edib, təqribən 31 min 500 fələstinlini də yaralayıblar.

Fələstin Azadlıq Təşkilatı- FAT-ın tabeliyində olan "Abdullah əl-Hurani" araşdırma mərkəzi dünən sionist rejimin 2018-ci ildəki cinayətlərini açıqlayaraq, bildirib ki, ötən milad ilində şəhid edilmiş 312 fələstinli arasında 57 uşağın və üç qadının adı görünür ki, bu miqdarın 262 şəhidi Qəzzə zolağına aiddir və əlli fələstinli də İordan çayının qərb sahilində şəhid edilibdir.

"Abdullah əl-Hurani" araşdırma mərkəzi daha sonra bildirib ki, 2018-ci ildə sionistlərin hücumları gedişində də 31min 500 fələstinli İordan çayının qərb sahilində və Qəzzə zolağında yaralanıb. Bu miqdardan təqribən 26 min fələstinli Qəzzə sərhədlərində "Qayıdış haqqı" aksiyaları zamanı yaralanıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə