Bazar ertəsi, 31 Dekabr 2018 12:14

Fələstin İslami Cihad Hərəkatının baş katibi: Fələstinlilər "əsrin sövdələşməsi"ni əsla qəbul etməyəcəklər

Fələstin İslami Cihad Hərəkatının baş katibi: Fələstinlilər "əsrin sövdələşməsi"ni əsla qəbul etməyəcəklər

Fələstin İslami Cihad Hərəkatının baş katibi vurğulayıb ki, müqavimət cəbhəsi və Fələstin xalqı amerikan plan olan "əsrin sövdələşməsi"ni əsla qəbul etməyəcək və onu uğursuz qoyacaqlar.

Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad əl-Nəxalə dünən IRIB ilə müsahibədə ABŞ və sionist rejimin Fələstin məsələsinə son qoymaq üzrə səylərinə toxunaraq, vurğulayıb: "Əsrin sövdələşməsi"ndə məqsəd, Fələstin məsələsinə son qoymaq, sionist rejimin razılığını cəlb etmək və bu rejimin hədəf və arzularını reallaşdırmaqdır.

Əl-Nəxalə söyləyib: İran İslam Respublikası İslam İnqilabının əvvəlindən bəri daim Fələstin xalqını himayə edərək, müqavimətə dayaq olmaqda davam edir.

Fələstin İslami Cihad Hərəkatının baş katibi əl-Aləm telekanalına da müsahibə verib. O, bu müsahibədə belə deyib: "Əsrin sövdələşməsi" bu gün regiona terrorizmin bir növünün qəbul etdirilməsi və təzə fitnəkarlıq üçün yeni bir addır və Trampın planı elə hazırlandığı zamandan bəri uğursuz qalıb və regionda heç bir şeyi dəyişməyibdir.

Ziyad Nəxalə müqavimətin qüdrətinin artması haqda isə bunları söyləyib: Müqavimət problemlərlə güclənir və onunla mübarizə üçün yeni vəsaitlər yaradır. Müqavimət qüvvələri öz güclü meydan iştiraklarını təsdiq edərək, regionda qüdrət müvazinətini dəyişə biliblər.

Şərh yaz


Məxfi kod
Yenilə