Bazar, 30 Dekabr 2018 16:00

BMT: Sionist hərbçilərin atəşləri ilə 29 min fələstinli şəhid olub və ya yaralanıb

BMT: Sionist hərbçilərin atəşləri ilə 29 min fələstinli şəhid olub və ya yaralanıb

BMT-nin humanitar məsələlər üzrə koordinasiya bürosu dünən bildirib ki, 2018-ci ildə sionist hərbçilərin atəşləri ilə 29 min fələstinli şəhid olub və ya yaralanıbdır.

BMT-nin humanitar məsələlər üzrə koordinasiya bürosu qeyd edibdir ki, sionist rejim hərbçiləri cari milad ilinin əvvəlindən bəri 295 fələstinlini şəhid edib və 29 mindən çox fələstinlini də yaralayıblar.

BMT-nin humanitar məsələlər üzrə koordinasiya bürosunun məlumatına görə, əksər fələstinli şəhidlər və yaralılar Qəzzə zolağında keçirilən "Qayıdış haqqı" yürüşündə sionist rejim hərbçilərinin atəşlərinə məruz qalıblar.

Dinc mahiyyətli "Qayıdış haqqı" yürüşü "torpaq günü" münasibətilə martın otuzunda Qəzzə zolağında başlanıb və hələ də davam etməkdədir. 

30 martdan bu günədək bu aksiyalarda 253 fələstinli sionist hərbçilərin gülləsinə tuş gələrək şəhid olub və 26 mindən çox fələstinli də yaralanıbdır.

Bir çox ölkə, o sıradan İran İslam Respublikası, həmçinin beynəlxalq təşkilatlar indiyədək sionistlərin bu cinayətlərini pisləyiblər.

Fələstinlilərin "torpaq günü"nün ildönümündə hər il keçirilən yürüşü sionist rejimin 1976-cı il martın otuzunda fələstinlilərin ərazilərinin müsadirəsi sahəsindəki qərarını xatırladır.

Sionist rejim fələstinlilərin ərazilərini müsadirə edib, orada sionist sakinli qəsəbələr tikməklə fələstinli məntəqələrin coğrafi quruluşunu dəyişdirmək və bu məntəqələrə sionist görkəm vermək niyyətindədir ki, fələstinli məntəqələr üzərindəki hökmranlığını təsbit etmiş olsun.

Şərh yaz


Məxfi kod
Yenilə