Şənbə, 29 Dekabr 2018 11:30

40-cı "Qayıdış haqqı" yürüşlərində 1 nəfər şəhid olub 10 nəfər yaralanıb

40-cı "Qayıdış haqqı" yürüşlərində 1 nəfər şəhid olub 10 nəfər yaralanıb

Fələstin Səhiyyə Nazirliyi dünən gecə bildirib ki, Qəzzə zolağında 40-cı Qayıdış haqqı yürüşlərində 1 fələstinli şəhid olub 10 nəfər də yaralanıb.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, dünənki qayıdış haqqı yürüşləri " izzətli həyata malik olmaq haqqımızdan vaz keçməyəcəyik" şüarı ilə keçirilib. 

Qəzzə zolağında ayıdış haqqı adlı dinc yürüşlərə 30 mart torpaq günündən start verilib və hər cümə davam etdirilir. 

30 martdan indiyədək bu yürüşlərdə 253 fələstinli sionist hərbçilərin atəşi nəticəsində şəhid olub, 26 min fələstinli isə yaralanıb. 

Bir çox ölkələr o sıradan İran İslam Respublikası eləcə də beynəlxalq təşkilatlar sionistlərin bu cinayətini pisləyiblər. 

Torpaq günü 1976-cı il 30 martda fələstinlilərin torpaqlarının sionist rejim tərəfindən müsadirə edilməsini xatırladır. 

Sionist İsrail rejimi fələstinlilərin torpaqlarını müsadirə etmək və oralara sionist qəsəbələr salmaqla bölgənin etnik tərkibini dəyişmək və öz hegemonçu niyyətlərini təsbit etmək istəyir. 

Şərh yaz


Məxfi kod
Yenilə