Çərşənbə axşamı, 25 Dekabr 2018 10:00

Zəhar: Müqavimət İsrail ilə mübarizə aparmaq üçün fələstinlilərin yeganə seçimidir

Zəhar: Müqavimət İsrail ilə mübarizə aparmaq üçün fələstinlilərin yeganə seçimidir

Fələstin Parlamentində Müqavimət Fraksiyasının sədri İsrailin işğalçılıq siyasətlərinə qarşı yeganə mübarizə yolunun və fələstinlinin seçiminin müqavimət olduğunu dedi.

Fələstin Parlamentində Müqavimət Fraksiyasının sədri Mahmud Əz-Zəhar bazar ertəsi günü Tehranda jurnalistlərə verdiyi müsahibədə sionist düşmən ilə təhlükəsizlik əməkdaşlığını Fələstin xalqına edilmiş xəyanət adlandırıb və deyib: Sionist işğalçıları 2005-ci ildə Qəzzə zolağından qovan müqavimət qüvvələri olub. 

Fələstin İslam Müqaviməti Hərəkatı Həmas-ın rəhbər üzvlərindən olan Əz-Zəhar həmçinin deyib: Qüds Fələstinin paytaxtıdır və "Əsrin Anlaşması" çərçivəsində heç bir anlaşma Fələstin xalqını öz haqqından məhrum edə bilməz. 

Zəhar həmçinin, Fələstinin Qanunvericilik Məclisinin buraxılmasının konstitusiyaya zidd hərəkət olduğunu deyərək, əlavə edib: Qanunvericilik məclisi yalnız fəaliyyət müddəti başa çatdığı və yeni qanunvericilik məclisinin formalaşdığı zaman öz işini sonlandıracaq. Amma, indiyə kimi yeni qanunvericilik məclisiin təşkil olunmadığı və 2006-cı ildən bəri heç bir seçkinin keçirilmədiyi üçün qanunvericilik məclisinin buraxılması qeyri qanunidir. 

Fələstin Parlamentində müqavimət fraksiyasının sədri həmçinin deyib: 2011-ci ildə fələstinli qruplar arasında imzalanmış anlaşma sənədində seçkilərin keçirilməsi və seçkilərin nəticəsinin qəbul edilməsinə təkid edilib. Amma, Fələstin Özünüidarə Hökumətinin başçısı Mahmud Abbas seçkilərin keçirilməsinə imkan vermir. Çünki, seçkilərin məğlub tərəfi olduğunu yaxşı bilir. 

Mahmud Abbas ötən şənbə günü Ramallahda Fələstin Özünüidarə Hökumətinin iclasında Fələstin Parlamentinin buraxıldığını elan etdi. 

Fələstinin Qanunvericilik Məclisi qarşıdan gələn çərşənbə günü Mahmud Abbasın bu qərarının mənfi nəticələrini araşdırmaq üçün Qəzzədə iclas təşkil edəcək. 

Şərh yaz


Məxfi kod
Yenilə