Şənbə, 15 Sentyabr 2012 10:49

Misirli həkimlər Qəzzə Zolağına daxil olublar

Misirli həkimlərdən olan bir karvan bu gün Rəfəh sərhəd keçidi vasitəsi ilə Qəzzə Zolağına daxil olub.

Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, Fələstinin Xalq Hökumətinin Səhiyyə Nazirliyi bir bəyanat yayaraq, bu karvana Humanitar Yardım Çatdırma Komitəsinin baş katibinin müavini Xalid Əbdüləzizin başçılıq etdiyini bildirib.

Xalid Əbduləziz media mənsublarına açıqlaması zamanı deyib:” Bu karvanın Qəzzə Zolağına daxil olması, Qəzzənin blokada vəziyyətindən çıxarılması üzrə səylər çərçivəsində həyata keçirilir”.

Qəzzə Zolağı 2007-ci ildən bəri sionist rejim tərəfindən blokada vəziyyətindədir. Belə ki, o zamandan bəri Qəzzə sakinləri bir çox problemlərlə üzləşiblər.
 

Şərh yaz


Məxfi kod
Yenilə