Şənbə, 15 Dekabr 2018 17:32

HƏMAS aksiyaçılara hücumu pislədi

HƏMAS aksiyaçılara hücumu pislədi

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS Fələstin Muxtariyyətinin təhlükəsizlik qüvvələrinin İordan çayının qərb sahilində fələstinli aksiyaçılara qarşı hücumunu pisləyib.

İRİB-in verdiyi məlumata görə, HƏMAS-ın sözçüsü Fuzi Bərhum dünən deyib: Fələstin Muxtariyyəti təhlükəsizlik qüvvələrinin Fələstin xalqına qarşı vəhşicəsinə rəftarı şəhidlərin qanına təhqir olaraq sionist rejim hərbçiləri və sionist qəsəbə sakinlərindən əziyyət çəkən İordan çayının qərb sahilində fələstinli vətəndaşların işkəncə edilməsini göstərir.

HƏMAS-ın sözçüsü deyib: Fələstin muxtariyyətinin aksiyaçılara qarşı hücumu onun sionist işğalçılarla aşkar əməkdaşlıq etdiyini göstərir. 

HƏMAS-ın sözçüsü deyib: Bütün fələstinlilər Fələstin Muxtariyyətinin və onun təhlükəsizlik aparatlarının repressiyaları qarşısında məsuliyyət daşıyır və xalq müqavimətinə qarşı bu kimi təcavüzkar əməllərə son qoyulmalıdır. 

Dünən Fələstin Muxtariyyətinin təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində HƏMAS-ın təsis olunmasının ildönümü günü mərasimində iştirak edən fələstinlilərə hücum edib, onlarla aksiyaçı həbs olunub və bir neçə nəfər də yaralanıb. 

Şərh yaz


Məxfi kod
Yenilə