Cümə, 14 Dekabr 2018 19:14

Sionist rejim ordusunun komandanı Həmas-ın sionistlərə ağır zərbə vurduğunu etiraf edib

Sionist rejim ordusunun komandanı Həmas-ın sionistlərə ağır zərbə vurduğunu etiraf edib

Ramullahın şərqində üç sionist hərbçinin öldürülməsinin ardınca İordan çayının qərb sahilində sionist rejim ordusunun komandanı etiraf edib ki, Fələstin İslami Müqavimət Hərəkatı-Həmas sionist rejimə ağır zərbə endiribdir.

İordan çayının qərb sahilində sionist rejim ordusunun komandanı Nadaf Fidan etiraf edib ki, Həmas hərəkatı sionist rejimə zərbə vura bildi və Təl-Əviv üçün olduqca ağır xərc gətirdi.

Sionist rejim ordusu komandanının dediyinə görə, Həmas hərəkatının əməliyyatında sionist hərbçilərin ölmələrindən əlavə, sionist hərbçilərdən birinin silahı da fələstinlilərin əməliyyatını həyata keçirən şəxs tərəfindən qənimət götürülübdür.

Həmas-ın əməliyyatında, fələstinlilərin avtomobili bir sionist qəsəbəsində sionist hərbçilərə yaxınlaşaraq, onlara tərəf atəş açıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə