Cümə, 14 Dekabr 2018 14:17

Sionistlər Netanyahuya qarşı aksiya keçiriblər

Sionistlər Netanyahuya qarşı aksiya keçiriblər

Sionist qəsəbə sakinlərindən minlərlə nəfər pis təhlükəsizlik vəziyyətinə etiraz olaraq, sionist rejimin baş naziri Benyamin Netanyahunun mənzili qarşısında aksiya keçirib.

Sionist qəsəbə sakinləri əllərində plakatlar tutaraq, işğal olunmuş ərazilərdə əmin-amansızlığın artmasına qarşı öz etirazlarını ifadə ediblər.

Plakatların birinin üzərində belə yazılıbmış: Cənab Netanyahu, bizə vəd etdiyin təhlükəsizlik hardadır?!

Sionist mənbələr dünən günorta çağı xəbər veriblər ki, müqavimətin qərb sahilində keçirilmiş ən son əməliyyatında sionist rejimin üç hərbçisi öldürülüb.

Sionist rejim televiziyası xəbər veribdir ki, bir fələstinli gənc öz avtomobilindən düşəndən sonra sionist hərbçiləri və sionist qəsəbə sakinlərini atəşə turub. Bu atəşaçmada üç sionist hərbçi ölüb, bir nəfər də yaralanıbdır.

Bu əməliyyatdan sonra sionist rejimin baş naziri Benyamin Netanyahu həmin əməliyyatı həyata keçirənlərin mənzillərinin dağıdılması barədə göstəriş verib.

Netanyahu rejimin ordusu və xəfiyyə qüvvələrindən istəyibdir ki, əl-Birə şəhərini mühasirə etsin və qərb sahilindəki əlaqə yollarını yoxlama-buraxılış məntəqələri yaratmaqla şiddətli nəzarətə alsınlar.

Sionist rejim hərbçiləri ötən sutka ərzində üç fələstinli gənci atəşə tutaraq, şəhid ediblər. Fələsitn müqavimət qrupları, o sıradan Fələstin İslami Cihad Təşkilatı dünən səhər bildiriblər ki, fələstinli gənclərin qanları hədər getməyəcəkdir.

Şərh yaz


Məxfi kod
Yenilə