Cümə, 07 Dekabr 2018 22:51

ABŞ-ın Fələstinə qarşı layihəsi uğursuz qaldı

ABŞ-ın Fələstinə qarşı layihəsi uğursuz qaldı

Amerika indiyədək dəfələrlə açıq şəkildə bildiribdir ki, əgər BMT bəzi işlərə baş qoşmaq istəyərsə, təmin etdiyi BMT büdcəsinin böyük bir hissəsini kəsəcəkdir.

Niki Heyli indi BMT barədə acı xatirələrə dalır. Onun hədə-qorxuları nəticəsiz qaldı. 

Fələstin müqaviməti BMT Baş Assambleyasında pislənilmədi. Bu da sionist rejimin səfiri Deni Denonun "özünüzdən utanmalısınız" deməsinə səbəb oldu.

İranın roluna da göz yummaq olmaz.

Səsvermədən öncəki ən həssas zamanda məhz İranın BMT-dəki səfiri Ale-Həbib ətraflı dəlillər gətirərək, Amerikanın təklif etdiyi layihəni analiz etdi və soruşdu: Bəs, nə üçün sionist rejimin cinayətlərinə işarə olunmayıbdır? Və sonda onu aldadıcı layihə adlandırdı.

Sonra da bütün üzvlərdən istədi ki, İran kimi bu qətnamə layihəsinin əleyhinə səs versinlər.

Qətnamə layihəsi rədd edildi, çünki səslərin üçdə ikisini qazana bilmədi. Amma bu, əhvalatın sonu olmadı və bu dəfə Fələstinə dəstək istiqamətində olan digər bir qətnamə layihəsi səsə qoyuldu. Olduqca yüksək səs qazandı. Son bir-iki ildə burada, BMT-də baş verən düşündürücü hadisədir. Sionist qəsəbələrin salınması və paytaxtın köçürülməsi ilə müxalifət və indi də Fələstin müqavimətinə dəstək.

Şərh yaz


Məxfi kod
Yenilə