Çərşənbə axşamı, 11 Sentyabr 2012 11:30

İsrailin milli himni yayımlandı Azərbaycanın yox

Bakı futbol stadionunda Azərbaycan Respublikası ilə İsrail rejiminin futbol maçında Azərbaycan Respublikası milli himninin müəyyən olunmayan naməlum formada və az səslə yayımlanması ictimai etiraza səbəb olub.

Qafqazinfo xəbər portalının məlumatına görə, Bakıda stadionda Azərbaycan Respublikası ilə İsrail rejiminin futbol maçında oyun başlamazdan öncə “İsrailin” himni yüksək səslə 4 dəqiqə müddətində stadionun səsgücləndiriciləri vasitəsi ilə yayımlanıb. Lakin uzun müddət fasilədən sonra az səslə və Afrika ölkələrindən birinin milli himninə bənzər bir musiqi Azərbaycan Respublikasının milli himni kimi səsləndirilib. Belə ki, müəyyənləşdirmək mümkün olmayıb.

Qafqazinfonun yazdığına görə, Bakının mərkəzi stadionunda modern texniki imkanların mövcud olmasına baxmayaraq, hələlik bu məsələnin səbəbi müəyyənləşməyib və buna görə heç kim tənbeh olunmayıb.

Bu məlumata görə, İsrail rejiminin himninin Azərbaycan Respublikasının milli himnindən öncə səsləndirilməsinin səbəbi də bəlli deyil.

Şərh yaz


Məxfi kod
Yenilə