Bazar ertəsi, 10 Sentyabr 2012 11:53

Əhmədinejad zalımlar qarşısında xalqların sayıqlığını vurğulayıb

Əhmədinejad zalımlar qarşısında xalqların sayıqlığını vurğulayıb

İran İslam Respublikası prezidenti zalımların məkrli planları qarşısında xalqların sayıqlığını vurğulayıb.

İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad bazar günü Tehranda Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın yüksək səviyyəli rəhbərlərindən Mahmud əl-Zəhharla görüşdə zalımlar və xalqların düşmənlərinin regional prosesləri sionist rejimin xilası məqsədinin reallaşması mehvəri ilə idarə etməyə səy göstərdiklərinə toxunaraq bu məkrli plan və proqramlar qarşısında hamının sayıqlığının zəruriliyini vurğulayıb.

Fələstin xalqının hüququ məsələsinin İran İslam Respublikası xalqı və hökumətinin həmişə əsas məsələlərindən olduğunu bəyan edən Mahmud Əhmədinejad ümidvarlıq edib ki, fələstinlilər tez bir zamanda özlərinin tam hüquqlarını əldə edəcək və torpaqlarını işğalçı sionist rejimdən geri alacaqlar.

İran prezidenti son illərdə regionun bütün proseslərini müsbət qiymətləndirib və deyib: Düşmənlərin plan və hərəkətlərini heçə saymamalı və görməməzliyə vurmamalıyıq. Çünki onlar bu gün daha mürəkkəbliklə sionist rejimin xilası ardıncadırlar və bu yolda mümkündür ki, zahirdə bu rejimə qarşı əsəbiləşsinlər, lakin onların hərəkətlərinin mehvəri və əsas məqsədi bu rejimin xilasıdır.

“Ümidvarıq ki, tez bir zamanda bütün xalqlar öz hüquqları, o cümlədən azadlıq, seçim hüququ, istiqlaliyyət və öz müqəddəratını təyin etmə hüququnu əldə etsinlər” –deyə Əhmədinejad söyləyib: Xalqlar mütləq şeytanların iradəsi və istəyinin əksinə olaraq öz məqsədlərinə çatacaqlar.

İran İslam Respublikasının prezidenti Suriya prosesləri barəsində də deyib: Suriyada məsələlərin anlaşma, əməkdaşlıq və dostluqla həll olunması və xalqın azad seçkilər keçirməsi üçün çalışılmalıdır.

HƏMAS-ın yüksək səviyyəli rəhbərlərindən Mahmud əl-Zəhhar da İran prezidenti ilə görüşdə Qoşulmama Hərəkatının 16-cı Tehran sammitinin uğurla keçirilməsinə toxunaraq ümidvarlıq edib ki, İranın bu hərəkata rəhbərliyi dövründə islam ümmətinin vəhdəti üçün müsbət nəticələr əldə olunacaq.

Əl-Zəhhar habelə işğalçı sionist rejimin qarşısında Fələstin xalqının İran İslam Respublikası tərəfindən dəstəklənməsini alqışlayıb və Fələstin və Qəzzə məsələləri və prosesləri barəsində hesabat verərək deyib: Fələstinlilər və Fələstin qrupları bütün məqsədlər reallaşana qədər öz siyasət və proqramlarını dəyişməyəcəklər. Eləcə də öz mömin qardaşlarının səyləri və himayələri nəticəsində bu məqsədləri əldə edəcək və sionist rejimi öz diyarlarından qovacaqlar.

Şərh yaz


Məxfi kod
Yenilə