Cümə axşamı, 29 Noyabr 2018 15:41

"29 noyabr"; Fələstin xalqı ilə həmrəylik günü

"29 noyabr"; Fələstin xalqı ilə həmrəylik günü

29 noyabr müxtəlif ölkələrdə Fələstin xalqı ilə həmrəylik günü kimi qeyd olunur.

Fələstin xalqı ilə həmrəylik günündə sülh və azadlıq tərəfdarları Fələstin xalqını və onun haqlı mübarizəsini azadlıq, müstəqillik və təbii haqlarının bərpa edilməsi yolundakı səylərini müdafiə edərək, öz həmrəyliyini bəyan edirlər. 

BMT-nin Baş Assambleyası 29 noyabr 1947-ci ildə Fələstinin parçalanmasına və İsrail rejimi tərəfindən işğalına legitimlik bəxş edən 181 saylı qətnamə qəbul etdi. Bu qətnaməyə əsasən Fələstin iki hissəyə bölündü. Bu qətnamədə Fələstində iki dövlətin, İsrail və Fələstin dövlətlərinin qurulması nəzərdə tutulmuşdu. 

Bu qətnamənin son dərəcə ədalətsiz olmasını nəzərə alaraq, BMT-nin Baş Assambleyası 29 noyabr 1977-ci ildə "29 noyabr" tarixinin Fələstin xalqıilə həmrəylik günü elan edilməsinə dair qərar qəbul edir. 

ABŞ-ın "Əsrin Anlaşması" adlı planına əsasən Qüds İsrail rejiminə verilməli, Fələstinli didərginlərin öz vətənlərinə qayıdış haqqı ləğv olunmalı və Fələstin dövləti sadəcə İordan çayının qərb sahilində qalan cüzi ərazi və Qəzzə zolağında təşkil edilməlidir. 

"Əsrin Anlaşması" planı çərçivəsində ABŞ prezidenti Donald Tramp 2017-ci il 6 dekabr tarixində İsrailin işğalı altında olan Qüds şəhərini İsrailin paytaxtı olaraq tanıdı və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə dair göstəriş verdi. ABŞ hökuməti 14 may 2018-ci ildə bu qərarı icra etdi. 

Şərh yaz


Məxfi kod
Yenilə