Çərşənbə axşamı, 20 Noyabr 2018 17:47

Sionistlər sionist rejim ordusunun ötən 50 ildəki məğlubiyyətini etiraf ediblər

Sionistlər sionist rejim ordusunun ötən 50 ildəki məğlubiyyətini etiraf ediblər

Sionist Haarets qəzeti bir reportajda etiraf edib: Ötən əlli ildə müharibə tələbinin həmişə davam etdiyinə baxmayaraq, sionist rejim ordusu müharibələrin taleyini müəyyən etmək gücünə malik olmayıbdır.

Haarets qəzetinin sionist yazarı Rugel Alfer sionist rejimin militarist siyasətləri himayə edən başçılarını, o cümlədən bu rejimin istefa vermiş müharibə naziri Aviqdor Libermanı nadan adlandırıb və belə deyib: Fələstin İslami Müqavimət Hərəkatının təslimolmama ruhiyyəsinə əsasən, ötən üç savaşın təcrübəsi sionist rejim ordusunun müqavimət qarşısındakı uğursuzluğunu sübut edibdir.

Bu sionist yazar Livan üzrə 1-ci və 2-ci savaşlarda və Qəzzə əməliyyatında sionist hərbçilərin bir çoxunun öldürülməsinə işarə edib. O, yazıb ki, sionist rejim başçıları özlərinin müqavimət qüvvələri qarşısındakı vəziyyətlərini məntiqi şəkildə təhlil etmək qüdrətinə malik olmadan yaşayırlar.

Sionist rejimin istefa vermiş müharibə naziri Aviqdor Liberman da bu rejimin 12-ci telekanalı ilə müsahibədə etiraf etdi ki, heç kəs gücə söykənməklə Qəzzə zolağında Həmas-ı məhv edə bilməz.

Sionist rejimin “DeBeka” saytı da bir reportajda ifşa edərək bildiribdir ki, bu rejim başçılarının Qəzzədə heç bir hərbi nailiyyət əldə etmədən son atəşkəslə razılaşmalarının səbəbi, Qəzzə ətrafındakı müdafiə sistemlərinin hədəfə alınmasından qorxuya düşmələri olubdur.

Fələstinin müqavimət qüvvələri ötən həftə sionist rejimin Qəzzə zolağına qarşı təcavüzünə cavab olaraq, bu zolaqdan işğal olunmuş ərazilərə tərəf 470-dən çiox raket atdılar.

Şərh yaz


Məxfi kod
Yenilə