Cümə axşamı, 15 Noyabr 2018 15:50

İsmail Həniyə: Fələstin müqaviməti sionist düşmənin bütün parametrlərini pozubdur

İsmail Həniyə: Fələstin müqaviməti sionist düşmənin bütün parametrlərini pozubdur

Həmas hərəkatının siyasi bürosunun sədri deyib ki, Fələstin müqaviməti sionist düşmənin bütün parametrlərini pozub və dəyişibdir.

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri İsmail Həniyə dünən belə deyib: Müqavimətin qələbəsi ilə Fələstin xalqı bu nəticəyə gəlibdir ki, müqavimət, Qüdsün və bütün Fələstin ərazilərinin azad edilməsinə gedən yeganə yoldur, zira müqavimət bir həftədən az bir müddətdə işğalçı rejim üzərində hərbi qələbə çaldı və sionist rejimin xəfiyyə əməliyyatını uğursuz qoydu.

Həniyə vurğulayıb: Müqavimət inkişaf və tərəqqi yolundadır və Fələstin xalqı müqavimətə dəstək verir. Müqavimət qüvvələri işğalçı rejimin cinayəti və təcavüzkarlığına sionist rejimin təcavüzkarlığı həddində cavab verdilər.

Sionist rejimin müharibə naziri Aviqdor Libermanın istefasına toxunan Fələstin İslami Müqavimət Hərəkatının siyasi bürosunun sədri deyib: Libermanın istefası ilə, müqavimət üçün böyük siyasi qələbə reallaşdı. Onun öz istefasını elan etməsi əslində qəsbkar rejimin məğlubiyyətinin elan olunması deməkdir.

Şərh yaz


Məxfi kod
Yenilə