Cümə axşamı, 06 Sentyabr 2012 12:07

Fələstin Özünüidarə Təşkilatının təhlükəsizlik rəsmisi terror olunub

Fələstin Özünüidarə Təşkilatının təhlükəsizlik rəsmisi terror olunub

Fələstinin təhlükəsizlik mənbələri Özünüidarə Təşkilatının Önləyici Təhlükəsizlik qüvvələrinin rəisinin İordan Çayının Qərb Sahilində Cenində terror olunduğunu bildiriblər.

Səma İnformasiya Agentliyinin məlumatına görə. Fələstin Özünüidarə Təşkilatının Önləyici Təhlükəsizlik qüvvələrinin rəisi Hişam əl-Rux bu gün Cənində naməlum silahlıların hücumuna məruz qalıb və terror edilib.

Məlumata görə, Hişam əl-Rux əl-Cəbəriyyat və Cənin düşərgəsi arasında dağlıq bölgədə avtomobili idarə etdiyi zaman 6 güllə ilə hədəfə alınıb və həlak olub.

Cənin valisi də Hişam əl-Ruxun terror xəbərini təsdiqləyib və deyib: Terror amilləri təqib olunaraq həbs ediləcək.

Şərh yaz


Məxfi kod
Yenilə