Cümə axşamı, 15 Noyabr 2018 13:51

Sionist rejimin müharibə nazirinin istefası ilə Fələstin müqavimətinin qələbəsi

Sionist rejimin müharibə nazirinin istefası ilə Fələstin müqavimətinin qələbəsi

Sionist rejim parlamenti-knesset-də müştərək ərəb siyahısı qrupunun sədri Əymən Udə deyib: Sionist rejimin müharibə naziri Aviqdor Libermanın istefası ilə Fələstin müqaviməti qalib gəldi.

Sionist rejim parlamentində müştərək ərəb siyahısı qrupunun sədri söyləyib: Sionist rejimin nöqteyi-nəzərincə, müqavimət qüvvələri, o cümlədən Livan Hizbullahı, Həmas hərəkatı və ya başqaları vahid bir cəbhədə dururlar.

Həmçinin Libermanın istefasının ardınca "yəhudi evi" partiyası hədələyərək bildiribdir ki, əgər sionist rejimin müharibə nazirliyi Naftali Bennettə tapşırılmazsa, Netanyahunun nazirlər kabinetindən çıxacaq və vaxtından qabaq seçkilərin keçirilməsini tələb edəcəkdir.

Şərh yaz


Məxfi kod
Yenilə