Bu səhifəni yazdır
Çərşənbə, 14 Noyabr 2018 20:27

Sionist rejimin müharibə naziri istefa edib

Sionist rejimin müharibə naziri istefa edib

Sionist rejimin müharibə naziri Aviqdor Liberman Qəzzədə müqavimət qüvvələri qarşısında aciq qaldıqdan sonra istefa verməli olub.

İRNA-nın Fələstin Əl-Yəum xəbər agentliyinə istinadlı məlumatına görə, Liberman bu gün öz vəzifəsindən istefa verib və növbədən kənar seçkilərin keçirilməsinə çağırıb. 

Deyilənlərə görə, Liberman sionist rejimin Qəzzəyə son hücumlarının dayandırılmasına qarşı imiş amma Fələstin xalqının və müqavimət qüvvələrinin mübarizələri bu rejimi atəşkəslə razılaşmaq məcburiyyətində qoyub. 

Eyni zamanda sionist rejimin 10-cu telekanalı bildirib ki, sionist rejim baş naziri Benyamin Netanyahu deyib ki, Liberman istefa verərsə parlamenti dərhal buraxacaq və qarşıdakı aylarda növbədən kənar seçkilər keçiriləcək. 

Əl-Məyadin telekanalı bildirib ki, bəzi sionist mediyalar Likud partiyasında bir qaynağa istinadən xəbər veriblər ki, Libermanın istefasından sonra Benyamin Netanyahun Müharibə Nazirliyinə rəhbərliyi öz üzərinə götürəcəyi proqnozlaşdırırlar. 

Qəzzə zolağı sərhədlərində sionist rejim ilə Fələstin müqaviməti arasında toquşmalar Misirin vasitəçiliyi ilə dünən axşam dayandırılıb . Fələstinin müqavimət qrupları bildiriblər ki, sionist rejim atəşkəsə sadiq qalacağı təqdirdə müqavimət qüvvələri də atəşkəsə riayət edəcəklər. 

Şərh yaz


Məxfi kod
Yenilə