Çərşənbə axşamı, 13 Noyabr 2018 20:27

Daha bir fələstinli gənc şəhid edilib

Daha bir fələstinli gənc şəhid edilib

Fələstin səhiyyə nazirliyi sionist rejimin Qəzzə zolağına qarşı hücumlarında 26 yaşlı Xalid Riyad Əhməd Əl-Sultanın şəhadətindən xəbər verib.

Sionist rejim qırıcıları bu gün Qəzzə zolağının şimalında yerləşən Beyt-Lahiya şəhərinin Əlsəlatin məntəqəsinə hücum edərək, bir qrup fələstinlini yaralayıblar.

Sionist rejim qırıcılarının Qəzzə zolağına qarşı dünən gecədən bu gün səhərədək olan hücumlarında beş fələstinli şəhid olub.

Bazar günü gecə həyata keçirilmiş hücumlarda da yeddi fələstinli şəhid olub və beləliklə, şəhidlərin sayı indiyədək on iki nəfərə çatıbdır.

Həmçinin son xəbərlərə əsasən, Qəzzədə fələstinlilər ilə sionistlər arasındakı atışma zamanı iki sionist öldürülüb, təqribən 70 nəfər də yaralanıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə