Çərşənbə axşamı, 13 Noyabr 2018 14:59

Fələstin müqaviməti sionist qəsəbələri raket atəşlərinə tutub

Fələstin müqaviməti sionist qəsəbələri raket atəşlərinə tutub

Fələstin müqaviməti dünən və bu gün səhər tezdən sionist rejim ordusunun hücumlarına cavab olaraq, əllidən çox sionist qəsəbəni raket hücumları hədəfinə çeviribdir.

Bəzi informasiya mənbələri bildiriblər ki, Fələstin müqaviməti sionist qəsəbələrə tərəf indiyədək 400-dən çox raket atıbdır.

Bütün işğal olunmuş Fələstin ərazilərində təhlükə siqnalları səsləndirilib.

Sionistlər Fələstin müqavimət qüvvələrinin raket hücumlarından dəhşətə gəliblər.

Ərəb mənbələri bildiriblər ki, Fələstin müqavimət qüvvələrinin raket hücumlarında indiyədək azı iki sionist ölüb, əllidən çox sionist də yaralanıbdır.

Fələstin müqavimət qüvvələrinin raket hücumları sionistlərin ötən iki sutka ərzində Qəzzə zolağında törətdikləri cinayətlərə cavab olaraq həyata keçirilibdir.

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas son zamanlar Fələstin xalqının özünü müdafiə etmək haqqına təkid edərək, bildiribdir ki, bombardmanın cavabı, bombardmandır.

Sionist rejim bazar günü gecədən bəri Qəzzə zolağına qarşı hücumlarının yeni etapına başlayıbdır.

Bu hücumlarda indiyə kimi azı on fələstinli, o sıradan Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın hərbi qolu olan İzzəddin Qəssam batalyonlarının komandanlarından Nurəddin Muhəmməd Səlamə Birkə şəhid olub, onlarla fələstinli də yaralanıbdır.

Sionist rejim qırıcıları hələ də Qəzzə zolağının müxtəlif məntəqələrini bombalamaqdadırlar.

Sionistlərin Qəzzə zolağına qarşı hücumları yeni bir məsələ deyildir. Sionist rejim daim Qəzzə zolağının məzlum əhalisini hava, quru və dənizdən hədəfə alır.

Sionist rejimin Qəzzə zolağına qarşı hücumlarında indiyədək minlərlə fələstinli şəhid olub və yaralanıbdır.

Qəzzə zolağı 2006-cı ildən bəri sionist rejim tərəfindən quru, hava və dənizdən mühasirəyə alınıb və bu zolağın sakinləri bir çox problemlə üzləşirlər.

Şərh yaz


Məxfi kod
Yenilə