Bazar ertəsi, 12 Noyabr 2018 09:36

Sionist hərbçilərin hava hücumunda iki fələstinli şəhid olub

Sionist hərbçilərin hava hücumunda iki fələstinli şəhid olub

Sionist rejim ordusu qırıcılarının Qəzzə zolağına qarşı hücumunda iki fələstinli şəhid olub.

Sionist rejim ordusunun qırıcıları dünən gecə on ədəd raketlə Qəzzə zolağının cənubunda yerləşən Xəzaə məntəqəsinin şərqini hədəfə alıblar ki, nəticədə iki fələstinli şəhid olub, iki nəfər də yaralanıbdır.

Sionist rejim ordusunun Qəzzə zolağına qarşı hava hücumları davam etməkdədir.

Digər bir xəbərə görə, sionist rejim hərbçiləri Qəzzə zolağında yerləşən Xan Yunus şəhərinin şərqinə hücum ediblər. Onlar Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın hərbi qolu olan İzzəddin Qəssam batalyonlarının komandanlarından biri daxil olmaqla Fələstin müqavimətinin üç üzvünü şəhid edib, iki nəfəri də yaralayıblar.

Həmas-ın bu komandanının şəhid olmasından sonra İzzəddin Qəssam batalyonları sionist rejimə qarşı ümumi səfərbərlik elan edib.

Bu məlumata görə, Xan Yunus şəhərinin şərqində indi də davam edən Fələstin müqavimət qüvvələri ilə sionist rejim hərbçiləri arasındakı döyüşlərdə indiyədək bir sionist hərbçi öldürülüb, üç nəfər də yaralanıbdır.

Fələstinli mənbələr həmçinin Qəzzə zolağının ətrafında yerləşən sionist qəsəbələrdə təhlükə siqnalının səsləndirilməsindən xəbər veriblər.

Şərh yaz


Məxfi kod
Yenilə