Şənbə, 10 Noyabr 2018 20:47

37-ci qayıdış haqqı yürüşlərində 1 fələstinli şəhid olub, 37 nəfər yaralanıb

37-ci qayıdış haqqı yürüşlərində 1 fələstinli şəhid olub, 37 nəfər yaralanıb

Fələstin Səhiyyə Nazirliyi Qəzzə zolağında 37-ci qayıdış haqqı yürüşündə bir fələstinlinin şəhid olduğu və 37 nəfərin yaralandığını bildirib.

Əl-Aləm telekanalı bildirir ki, Fələstin mənbəyinə görə, yaralılar arasında qadın və uşaqlar da var. 

Qayıdış haqqı adı altında keçirilən dinc yürüşlərə 30 martda torpaq günündə start verilib. 

O zamandan indiyədək bu yürüşlərə sionist hərbçilərin odlu silahla atəş açmaları nəticəsində 230 fələstinli şəhid olub və 23 min fələstinli yaralanıb. 

İran İslam Respublikası da daxil bir çox ölkələr və beynəlxalq təşkilatlar indiyədək sionistlərin bu cinayətlərini pisləyiblər. 

Fələstinliərin torpaq gününün ildönümündəki yürüşləri sionist rejimin 1976-cı ildə fələstinlilərin ərazilərini müsadirə etməsinə qarşı keçirilir. 

Sionist rejim fələstinlilərin torpaqlarını müsadirə etmək və orada sionist sakinli qəsəbələr salmaqla Fələstin ərazilərində əhalinin tərkibini dəyişmək və bu əraziləri sionistləşdirmək istəyir. 

Şərh yaz


Məxfi kod
Yenilə