Cümə, 09 Noyabr 2018 20:52

33-cü Qayıdış haqqı aksiyasında 7 fələstinli yaralanıb

33-cü Qayıdış haqqı aksiyasında 7 fələstinli yaralanıb

Sionist hərbçilər 33-cü qayıdış haqqı aksiyalarında iştirak etmiş fələstinlilərin üzərinə atəş açaraq ən azı 7 fələstinlini yaralayıblar.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, sionist rejim hərbçilərinin atəşi nəticəsində Qəzzədə Xəzaənin şərqində 2, Əl-Bricdə, 2 və Rəfəhdə də 3 fələstinli yaralanıb.

Sionist hərbçilər Xan Yunusun şərqində də fələstinli gənclərin üzərinə atəş açıblar.

HƏMAS-ın sözçüsü Hazim Qatim deyib: Fələstin xalqı blokada şəraiti ilə heç vaxt razılaşmayacaq və qayıdış haqqı aksiyaları bundan sonra da davam edəcək.

Fələstinlilərin sionist rejimin işğalçılığına və qəzzə zolağına qarşı blokadasına son qoymaq məqsədi ilə keçirilən qayıdış haqqı aksiyaları cari il 30 martda başlayıb və bu günədək sionist rejim hərbçilərinin bu aksiyaya hücumları nəticəsində 210 fələstinli şəhid olub və 23 min nəfər yaralanıb.

Şərh yaz


Məxfi kod
Yenilə