Bazar ertəsi, 05 Noyabr 2018 19:00

İsrail ordusu işğal edilmiş Fələstində manevr keçirir

İsrail ordusu işğal edilmiş Fələstində manevr keçirir

İnformasiya qaynaqları İsrail rejimi ilə bəzi Qərb ölkələrinin işğal edilmiş Fələstin ərazilərində birgə hərbi manevr keçirməsindən xəbər veriblər.

Fələstin Əl-Yəum informasiya kanalının verdiyi məlumata görə, bu manevrdə ABŞ, İtaliya, Xorvatiya, Çex Respublikası, Kanada, Hollandiya və İsrail ordusunun hava qüvvələri iştirak edir. 

İsrail medialarının bildirdiklərinə görə, 15 noyabra kimi davam edəcək manevrdə müxtəlif hərbi təlimlər həyata keçiriləcək. 

Qərb ölkələri zahirdə Fələstin xalqının hüquqlarını müdafiə etdiklərini iddia etsələr də, əməldə İsrail rejiminin işğalçılıq siyasətini dəstəkləyirlər. 

Bu arada 6 Ərəb ölkəsi də "Ərəb Qalxanı" adlı hərbi manevrə başlayıblar. Bazar günündən etibarən start götürən manevr Misirin Məhəmməd Nəcib hərbi bazasında keçirilir. 

Misir silahlı qüvvələrinin sözçüsü Tamər Rəfai verdiyi açıqlamada "Ərəb Qalxanı" hərbi manevrinin 16 noyabra kimi davam edəcəyini bildirib. Bu manevr Nəcib hərbi bazasında keçiriləcək. Manevr quruda və dənizdə döyüş təlimləri ilə yanaşı olacaq. 

Şərh yaz


Məxfi kod
Yenilə