Cümə, 02 Noyabr 2018 12:57

Netanyahunun etirafı

Netanyahunun etirafı

Sionist rejimin baş naziri dünən etiraf edib ki, bu rejim Danimarkanın İrana qarşı ittihamı işində birbaşa rol oynayıbdır.

Benyamin Netanyahu Bolqarıstanda gülünc bir ifadə işlədərək, İran İslam Respublikasını terrorizmə dəstək verməkdə ittiham və iddia edibdir ki, sionist rejim son zamanlar İranın Avropa torpaqlarında terror hərəkətləri həyata keçirmək üzrə bəzi səylərini ifşa edibdir.

Kopenhagen çərşənbə axşamı günü axşamçağı heç bir fakt təqdim etmədən Tehranı Danimarka ərazisində bir hücum həyata keçirməyə səy göstərməkdə ittiham edib və İran səfirini çağırtdırıbdır.

Kopenhagen həmçinin özünün Tehrandakı səfirini məşvərət üçün geri çağırıbdır.

İranın xarici işlər nazirliyi çərşənbə axşamı günü gecə Danimarkanın iddialarını qərəzli adlandırdı və iddia olunan əməliyyatın İran İslam Respublikasına aid edilməsini qəti şəkildə təkzib etdi.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi də çərşənbə günü gecə belə dedi: Amerika, sionist rejim və bu gün ağır ittihamlarla üzləşən digər bir bədnam mərkəz psixoloji müharibə çərçivəsində İranı ittiham hədəfinə çevirməyə və bu yolla Amerika sanksiyalarının ikinci mərhələsi ərəfəsində İran-Avropa İttifaqı əlaqələrini pozmağa çalışırlar.

Şərh yaz


Məxfi kod
Yenilə