Bazar, 28 Oktyabr 2018 19:59

Sionist rejim qərb sahilində minlərlə yeni yaşayış binası tikmək niyyətindədir

Sionist rejim qərb sahilində minlərlə yeni yaşayış binası tikmək niyyətindədir

Sionist rejimn başçıları İordan çayının qərb sahilində yerləşən sionist qəsəbələrdən birində 20 min yeni binanın tikilməsilə razılaşıblar.

Sionist rejimin mənzil nazirliyi və İordan çayının qərb sahilində yerləşən "Maale-Adumim" sionist qəsəbəsinin məsul şəxsləri bu qəsəbədə yeni binaların inşası barədə bir razılaşma sənədi imzalayıblar.

Sionist rejimin nazirlər kabineti də bu binaların inşası ilə razılaşmalıdır.

Sionist qəsəbələrin salınması elə bir halda həyata keçirilir ki, BMT-nin Təhlükəsizlik Şurası 2016-cı il dekabrın 23-də, məqsədi, sionist rejimin işğal olunmuş Fələstin ərazilərində sionist qəsəbələr salmasına son qoymaq olan bir qətnamənin lehinə səs verdi.

Sionist rejim sionist qəsəbələr salmaq və bu qəsəbələri genişləndirməklə həmin məntəqələrin demoqrafik və coğrafi quruluşunu sionistlərin maraqlarına uyğun olaraq dəyişməyə çalışır ki, fələstinli məntəqələrdəki işğalçılığını təsbit etmiş olsun.

Şərh yaz


Məxfi kod
Yenilə