Bazar, 28 Oktyabr 2018 15:23

Qəzzədə bir fələstinli şəhid olub

Qəzzədə bir fələstinli şəhid olub

Qəzzədə keçirilən "Qayıdış haqqı" yürüşündə yaralanmış fələstinli mübariz bu gün yaralarının ağırlığı üzündən şəhid olub.

Qəzzə zolağının mərkəzində yerləşən əl-Məğraqə məntəqəsinin sakini 37 yaşlı Yəhya Bədr Muhəmməd əl-Həsənat sionist snayperlərin atəşləri nəticəsində baş nahiyəsindən hədəfə alınmışdı.

Əl-Həsənatın şəhadəti ilə ötən cümə günü Qəzzədə keçirilən "Qayıdış haqqı" yürüşündə şəhid olanların sayı yeddi nəfərə çatıbdır.

Sionist hərbçilər dünən gecə Qəlqiliya şəhərinin şərqində yerləşən Əzun qəsəbəsinə hücum edərək, bu şəhərin dəmir darvazasını bağlayıb və insanların və avtomobillərinin gediş-gəlişlərini əngəlləyiblər.

Bir qrup fələstinli gənc də sionist hərbçilərlə toqquşubdur. Bu zaman işğalçı hərbçilər bu gənclərə qarşı gözyaşardıcı qaz işlədiblər.

Sionist qəsbkarlar bu gün səhər İordan çayının qərb sahilinin müxtəlif bölmələrinə hücum edərək, azı beş fələstinlini həbs ediblər.

"Məhcət Quds" adlı fələstinli şəhidlər və əsirləri himayə fondu bir bəyanatda bildirib ki, Fələstin İslami Cihad Hərəkatının əsir rəhbərlərindən olan Şeyx Xizr Ədnanın sionist rejim məhbəsindəki aclıq aksiyası bu gün 57-ci günə daxil olubdur.

Sionist hərbçilər 2017-ci il dekabrın 11-də Şeyx Xizr Ədnanı həbs və "aclıq aksiyası" döyüşünü planlaşdırmaqda ittiham etdilər.

Şərh yaz


Məxfi kod
Yenilə