Cümə, 31 Avqust 2012 14:52

Sionist rejimin nəzakətsizliyi artır

Sionist rejimin nəzakətsizliyi artır

İran İslam Respublikasının paytaxtı Tehranda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının 16-cı zirvə toplantısından hər gün keçdikcə, sionist rejim başçılarının bu iclas və iştirakçıları barəsində nəzakətsizliyi və qəzəbi artır.

Sionist rejim başçılarının BMT baş katibinin İrana səfərindən vaz keçməsində uğursuz olduqdan sonra, bu rejimin baş naziri Benyamin Netanyahu öz qəzəbini açıq aşkar elan edib.

Sionist Times İsrail qəzetinin yazdığına görə, sionist rejimin baş naziri öz məntiqsiz açıqlamasında Tehran iclasını “Bəşəriyyətə qarşı utandırıcı ləkə və rüsvayçılıq” adlandırıb!

Netanyahu ədəbsiz formada deyib: Bir çox ölkənin nümayəndəsinin bu iclasda iştirakı göstərdi ki, beynəlxalq ictimaiyyətdə bir çoxları hələlik heç nə öyrənməyiblər.
 

Şərh yaz


Məxfi kod
Yenilə