Cümə axşamı, 30 Avqust 2012 11:36

İsrail fələstinli balıqçılarının gəmilərini batırır

İsrail fələstinli balıqçılarının gəmilərini batırır

Sionist rejim İsrail, Fələstinlilərin dolanışıq mənbəsini batırmaq üçün qayılara hücum edib

İslamazeri.az-ın "Şəfəq" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Qəzza Zolağında jurnalist, İsrail donanmasına aid hərbi gəmilərin Qəzzanın şimal sahillərində balıq tutan fələstinli balıqçı gəmilərini batırmasını videolentə alıb.

"Media Town" şirkəti üçün video çəkdiyi zaman İsrail gəmilərinin fələstinli qayıqçı gəmilərinə hücum etdiyini görən jurnalist İsrailin cinayətini qeydə alıb.

Hərbi gəmilər sürətlə qayıqların yanından keçərək qayıqları su ilə doldurmağa cəhd edir.

Xatırladaq ki, İsrail rejimi fələstinlilərin gəlir mənbəyi olan zeytun meşəliklərini dəfələrlə yandırıb.

Şərh yaz


Məxfi kod
Yenilə