Çərşənbə axşamı, 09 Oktyabr 2018 10:50

Netanyahu: İsrail Cövlan hündurluklərini tərk etməyəcək

Netanyahu: İsrail Cövlan hündurluklərini tərk etməyəcək

Sionist rejimin baş naziri deyib ki, bu rejim Suriyanın işğal olunmuş Covlan hündurluklərini heçvaxt təhvil verməyəcək.

İRNA-nın verdiyi məlumata görə, Suriyanın işğal olunmuş Cövlan hündürlüklərində ikən Benyamin Netanyahu deyib: Beynəlxalq ictimaiyyət İsrailin bu ərazilərə hakimiyyət haqqını tanımalıdır. 

Sionist rejim 1967-ci ildə Suriyanın Cövlan hündürlüklərini işğal etdi və bir müddətdən sonra bu əraziləri Fələstindən işğal etdiyi ərazilərə ilhaq etdi. Beynəlxalq ictimaiyyət bu ilhaqı rəsmən tanımayıb. 

Netanyahu həmçinin İran İslam Respublikasına qarşı əsassız iddialar irəli sürərək deyib: İsrail İranın Suriyada hərbi bazaya malik olmaması üçün öz səylərini davam etdirəcək.

Benyamin Netanyahu elə bir şəraitdə İrana qarşı əsassız iddialar səsləndirir ki, İran Suriyada heç bir hərbi bazaya malik deyil. İran İslam Respublikası sadəcə Suriya dövlətinin rəsmi dəvəti ilə terrorçulara qarşı mübarizədə bu ölkəyə hərbi məsləhətlər verir.

Şərh yaz


Məxfi kod
Yenilə