Bazar ertəsi, 08 Oktyabr 2018 13:20

Anti-sionist yəhudi kimya Nobel mükafatının laureatı oldu

Anti-sionist yəhudi kimya Nobel mükafatının laureatı oldu

Yəhudi kimyaçı və anti-sionist fəal Corc Smit 2018-ci il kimya Nobel mükafatının laureatı olub.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, "Sülh naminə yəhudi səsi hərəkatı" adlı amerikan təşkilatın üzvü və İsrailin boykot edilməsi istiqamətində aktiv fəaliyyət göstərən kimyaçı alim Corc Smit ötən 6 ildə öz elmi məqalələrini anti-sionist "mondoweiss" internet portalında yayımlayıb. 

Bu yəhudi kimyaçı elmi sahədəki uğurlarından daha çox, özünü bir ədalət savaşçısı hesab edir və daha çox "Fələstin üçün ədalət" hərəkatının aktiv himayədarıdır. 

ABŞ-ın Missuri Universitetinin müəllimi olan bu alimin kimya nobel mükafatının laureatı elan edilməsinin ardınca İsrail mediaları onu tənqid atəşinə tutub və onun sionizmin ciddi müxaliflərindən olduğunu və Sionizmi Boykot Hərəkatının (BDS) tərəfdarlarından olduğunu bildiriblər. 

İsraili dünya səviyyəsində boykot etmək üzrə fəaliyyət göstərən BDS fələstin xalqını himayə məqsədilə dünyanın hər bir yerində şirkətlər, universitetlər və beynəlxalq müəssisələri İsrail rejimini və sionist təşkilatları boykot etməyə çağırır. 

Şərh yaz


Məxfi kod
Yenilə