Çərşənbə, 03 Oktyabr 2018 22:33

Netanyahunun istintaqı davam edir

Netanyahunun istintaqı davam edir

Sionist rejim polisi yəhudi bayramlardan sonra baş nazir Benyamin Netanyahunun korrupsiya ittihamı ilə istintaqının davam edəcəyini bildirib.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, sionist mediyalar bu gün bildiriblər ki, Benyamin Netanyahu cari həftənin sonunda iki cinayət işi ilə əlaqədar bir daha istintaqa cəlb olunacaq və polis bu iki iş barədə onun əleyhinə olan şikayətləri tənzimləyəcək. 

Netanyahuya qarşı korrupsiya işi ilə əlaqədar son istintaq ötən avqustun 17-də 4 saat müddətində aparılmışdı. 

Son aylarda Netanyahu korrupsiya işləri ilə əlaqədar dəfələrlə istintaqa və məhkəməyə cəlb olunmuşdur.

Şərh yaz


Məxfi kod
Yenilə