Bazar, 30 Sentyabr 2018 16:26

Sionist hərbçilər Qərb sahilinin sakinlərindən bir qrupunu həbs ediblər

Sionist hərbçilər Qərb sahilinin sakinlərindən bir qrupunu həbs ediblər

Sionist rejim hərbçiləri İordan çayının qərb sahilinin müxtəlif məntəqələrinə basqın edərək, ittihamı elan edilmədən altı fələstinlini həbs ediblər.

Sionist rejim hərbçiləri həmçinin fələstinlilərə qarşı hərəkətlərinin davamında İordan çayının qərb sahilində yerləşən Nəhalin məntəqəsinə hücum ediblər. Onlar bu zaman 20 yaşlı bir fələstinli gənci hədəfə alaraq, ağır şəkildə yaralayıblar.

Həmçinin "Qayıdış haqqı" və "sionist rejim tərəfindən mühasirənin ləğv olunması" yürüşünün 27-ci cüməsində 7 fələstinlinin şəhid edilməsi və 507 nəfərin yaralanmasının ardınca Fələstin parlamentinin sədr əvəzi Əhməd Bəhr bildirib ki, Fələstin müqavimətinin bu yürüş iştirakçılarının qırğın edilmələrinə cavabı çox çəkməyəcəkdir.

Şərh yaz


Məxfi kod
Yenilə