Bu səhifəni yazdır
Cümə axşamı, 27 Sentyabr 2018 12:33

İran və İsveçrə prezidentləri görüşüblər

İran və İsveçrə prezidentləri görüşüblər

İran İslam Respublikası prezidenti deyib: Dünya ölkələrinin ƏMTP-yə dəstək verməsi sadəcə İrana dəstək deyil həm də BMT TŞ-nin təsdiqlədiyi razılaşmaya, Orta şərq regionunda sülh və təhlükəsizliyə dəstəkdir və hamı bu çərçivədə səy göstərməlidir.

Həsən Ruhani dünən Nyu-Yorkda İsveçrə prezidenti Alen Berse ilə görüşündə deyib:Amerikanın Əhatəli Müştərək Təşəbbüs Proqramından birtərəfli şəkildə çıxması nəticəsində yaranmış problemlərə rəğmən ƏMTP-nin digər tərəflərinin ABŞ-ın öhdəliklərini ödəyəcəkləri təqdirdə, İran öz öhdəliklərinə sadiq qalacaq. 

İİR prezidenti həmçinin İran ilə İsveçrə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etməsinin xüsusi önəmə malik olduğunu bildirərək deyib: İran xalqı daima İsveçrə dövləti və xalqına xüsusi hörmət bəsləmişdir. 

Görüşdə İsveçrə prezidenti Alen Berse də Əhvaz terror aktına görə İran xalqı və dövlətinə baş sağlığı verərək ikitərəfli əməkdaşlıqların genişləndirilməsi çərçivəsində iki ölkə rəsmiləri arasında müzakirələrin genişləndirilməsinin vacibliyini vurğulayıb və deyib: İsveçrə dövləti daim Əhatəli Müştərək Təşəbbüs Proqramını dəstəkləyir və onun davam etməsi üçün səy göstərəcək.

İsveçrə prezidenti İranın ABŞ-ın ƏMTP-dən birtərəfli şəkildə çıxmasına qarşı ağıllı və müdrik reaksiyasını yüksək qiymətləndirərək deyib: ƏMTP sadəcə bir neçə ölkə arasında imzalanmış saziş deyil, əslində BMT Təhlükəsizlik Şurasının qətnaməsi də ona zəmanət verir və hamı Amerikanın bu sazişdən çıxmasından sonra İranın hüquqlarına dəstək verməlidir. 

İİR prezidenti Həsən Ruhani BMT baş asambleyasının 73-cü sesiyasında iştirak etmək üçün bazar günü Nyu-Yorka daxil oldu və bu iclasın kənarında müxtəlif Avropa, Amerika və Asiya ölkələrinin rəhbərləri ilə görüşlər keçirdi. 

Şərh yaz


Məxfi kod
Yenilə