Çərşənbə, 26 Sentyabr 2018 21:54

Qəzzənin şimalında 2 fələstinli yaralanıb

Qəzzənin şimalında 2 fələstinli yaralanıb

Fələstin Səhiyyə Nazirliyi bildirib ki, dünən gecə Qəzzənin şimalında iki fələstinli sionist hərbiçilərin atəşi nəticəsində yaralanıb.

Mehr Xəbər agentliyinin verdiyi məlumata görə, Fələstinin Səhiyyə Nazirliyi bazar ertəsi günü bildirmişdi ki, sionist hərbçilərin Qəzzə zolağının şərqində fələstinli aksiyaçılara hücumunda bir fələstinli şəhid olub 14 nəfər yaralanıb. 

Sionist rejim hərbçiləri son həftələrdə fələstinlilərin çərpələngləri təhdidi adlandırdıqları təhlükə ilə qarşılaşmaq bəhanəsi ilə dəfələrlə Qəzzə zolağının müxtəlif bölgələrini hədəfə alıb. 

Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qədrənin dediyinə görə, Qayıdış haqqı yürüşünün əvvəlindən bu günədək ən azı 184 fələstinli sionist rejim hərbçiləri tərəfindən şəhid edilib, 20 min fələstinli isə yaralanıb. 

Şərh yaz


Məxfi kod
Yenilə