Çərşənbə axşamı, 25 Sentyabr 2018 10:38

Qəzzədə dərman çatışmazlığı

Qəzzədə dərman çatışmazlığı

Qəzzə zolağının səhiyyə idarəsi bu bölgədə əsas dərmanların çatışmamasının minlərlə xəstənin həyatını təhlükə ilə üzləşdirdiyinə dair xəbərdarlıq edib.

Sinxuanın verdiyi məlumata görə, Qəzzə zolağında səhiyyə rəsmilərindən olan Mahir Şəmiyyə deyib: Əsas dərmanların çatışmaması ilkin səhiyyə nəzarəti və əlaqədar fəaliyyyətləri mümkünsüz edir. 

Şəmiyyə deyib: Qəzzədə dərman çatışmazlığı Şəkər, qan təzyiqi və asma kimi çətin xəstəliklərə düçar olanların durumunun üç ayadək daha da ağırlaşmasına səbəb olacaq. 

Qəzzənin ilkin tibbi yardım bölməsinin rəhbəri də durumun beləcə davam edəcəyi təqdirdə növbəti problemlərin ortaya çıxacağını bildirib. 

Qəzzə zolağı 2009-cu ildə işğalçı sionist rejim qüvvələri tərəfindən mühasirəyə alındığı gündən bəri acınacaqlı durumdadır və ağır problemlər yaşayır. 

Şərh yaz


Məxfi kod
Yenilə