Bazar, 16 Sentyabr 2018 11:23

Əriqat: Amerika müxtariyyətlə heç bir müzakirə aparmayıb

Əriqat: Amerika müxtariyyətlə heç bir müzakirə aparmayıb

Fələstin Azadlıq Təşkilatının icra komitəsinin katibi deyib: Amerika saziş planı barədə Fələstin müxtariyyəti ilə heç bir müzakirə aparmayıb.

İRNA-nın verdiyi məlumata görə, Saib Əriqat dünən Skay Nyusa verdiyi müsahibədə deyib: Amerika Qüdsü İsrailin paytaxtı tanımaq və öz səfirliyini bu şəhərə köçürməklə həmçinin Fələstin didərginlərinə yardım və məşğulluq agentliyi ANRUA-ya yardımlarını dayandırmaqla özünün " əsrin sövdələşməsi" planını həyata keçirməkdədir. 

SAF-ın icra komitəsinin katibinin dediyinə görə, Fələstin müxtariyyəti bu planın heç bir təfərrüatında iştirak etməyib. 

Fələsitn müxtariyyəti iddia edir ki, Amerika ilə öz siyasi təmaslarını ötən il dekabrdan ABŞ prezidentinin Qüdsü israil paytaxtı tanımasından sonra dayandırıb. 

Amerikanın " əsrin sövdələşməsi" planına əsasən Qüds sionist rejimə verilir, fəlsətinli didərginlər qayıdış hüququndan məhrum edilir və Fələstin sadəcə İordan çayının qərb sahili və Qəzzə zolağında qalan ərazilərə mülkiyyətini saxlaya bilir. Bu plana əsasən Məscidül-Əqsaya hakimiyyət İordaniya, Fələstin və sionist rejim arasında bölüşür. 

Şərh yaz


Məxfi kod
Yenilə