Şənbə, 15 Sentyabr 2018 11:06

Həmas sionistlərin Beynəlxalq Ədalət Məhkəməsində mühakimə olunmalarını istəyib

Həmas sionistlərin Beynəlxalq Ədalət Məhkəməsində mühakimə olunmalarını istəyib

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın sözçüsü dünən gecə sionist rejim ordusu komandanlarının törətdikləri hərbi cinayətlərə görə Beynəlxalq Ədalət Məhkəməsində mühakimə olunmalarını istəyib.

Hazim Qasim sionist qəsbkarların fələstinlilərə qarşı siyasətini terrorçu və cinayətkar siyasət adlandırıb. Bildirib ki, işğalçı rejim bütün beynəlxalq və humanitar prinsip və qanunları pozubdur.

Fələstinli yeniyetmə Şadi Əbdulalın sionist rejim hərbçiləri tərəfindən şəhid edilməsini bu rejimin cinayətkar siyasətlərinin davam etməsinin nişanəsi adlandıran Həmas sözçüsü deyib: Qayıdış aksiyalarının başlanmasından bəri otuz fələstinli uşaq və yeniyetmənin şəhid edilməsi göstərir ki, sionistlər qəsdən uşaqları hədəfə alırlar.

Fələstin Səhiyyə Nazirliyi dünən axşamçağı bildirib ki, "Müqavimət-bizim seçimimizdir!" şüarı altında Qəzzə zolağında keçirilən "Qayıdış haqqı" aksiyasının 25-ci cüməsində sionist rejim hərbçilərinin atəşləri nəticəsində 14 yaşlı bir yeniyetmə daxil olmaqla üç fələstinli şəhid olub, otuz fələstinli də yaralanıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə