Çərşənbə axşamı, 11 Sentyabr 2018 14:04

Fələstinlilərin dəniz yürüşü sionistlərin hücumuna məruz qaldı, 50 nəfər yaralandı

Fələstinlilərin dəniz yürüşü sionistlərin hücumuna məruz qaldı, 50 nəfər yaralandı

İsrail hərbçilərinin fələstinlilərin "Azadlıq qayıqları" adlı 7-ci dəniz yürüşünə hücumu zamanı onlarla fələstinli yaralanıb.

Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, Fələstinin Səhiyyə Nazirliyi bildirib: dünən axşam İsrail hərbçilərinin yeddinci dəniz yürüşünə hücumu zamanı 49 fələstinli yaralanıb. Yaralılardan onu xəstəxanaya köçürülüb. Yaralılar arasında jurnalistlər və xilasedicilər də var. 

Bu məlumata görə, İsrail hərbçiləri zəhərli qaz bombalarından istifadə edərək, Qəzzənin şimalında sahil kənarında toplaşmış fələstinlilərə hücum ediblər. 

Fələstinlilərin yeddinci dəniz yürüşündə 50 qayıq iştirak edib. Üzərində Fələstin bayrağı dalğalanan bu qayıqlar Qəzzə zolağının şimal sahillərinə doğru hərəkət edib. Yürüş iştirakçıları əsasən tələbələr və yaralılar olublar. 

Şərh yaz


Məxfi kod
Yenilə