Bazar ertəsi, 10 Sentyabr 2018 10:28

Fələstinin səhiyyə nazirliyi: Qəzzədəki bütün xəstəxanaların fəaliyyəti dayandırıla bilər

Fələstinin səhiyyə nazirliyi: Qəzzədəki bütün xəstəxanaların fəaliyyəti dayandırıla bilər

Fələstinin Səhiyyə Nazirliyi bazar günü axşam bildirib: Qəzzədə elektrik enerjisi böhranının davam etməsi bütün xəstəxanaların fəaliyyətlərini dayandırmalarına səbəb olacaq.

İRİB-nin verdiyi məlumata görə, Fələstinin Səhiyyə Nazirliyi bildirib: Əgər elektrik enerjisinin verilməsində yaranan problem bir neçə günə kimi həll edilməzsə, Qəzzə zolağındakı bütün xəstəxanalar öz fəaliyyətlərini dayandırmalı olacaqlar. 

Qəzzə zolağında elektrik enerjisi böhranı 2017-ci ildə yanacaq çatışmazlığı üzündən elektrik stansiyasının öz fəaliyyətini dayandırmasının və işğal edilmiş ərazilərdən elektrik enerjisinə olan tələbatın təmin edilməməsinə görə dərinləşib. 

Elektrik enerjisi çatışmazlığı Qəzzə zolağının 11 ildir ki, mühasirədə saxlanılmasının nəticəsidir. İsrail rejimi bu müddət ərzində Qəzzəyə yanacaq, dərman və ərzaq məhsulları kimi ilkin tələbat məhsullarının daxilolmasına da mane olub. 

Şərh yaz


Məxfi kod
Yenilə